Bölgə xəbərləri

Gürcüstanda azərbaycanlı qadının intiharına görə həbs edilənlərin sayı 5-ə çatıb

20 iyun / 14:36 1 dəq
308e2da9 3c77 3d53 9429 517bdb8695e4
20 iyun / 14:36
Burada sizin reklamınız ola bilər

2014-cü ildə Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndində Xanım Ceyranovanın intiharı ilə bağlı daha 2 nəfərə qarşı ittiham irəli sürülüb.

“Qərb Xəbər” bu barədə “Report”a istinadən xəbər verir.

Həmin şəxslər qanunsuz olaraq azadlıqdan məhrum etmə və ləyaqəti alçaldan rəftarda ittiham olunurlar. Məhkəmənin qərarı ilə onlara qarşı həbs qətimkan tədbiri seçilib. Onları 4 ildən 6 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Xatırladaq ki, bu ilin aprelin 27-də eyni ittiham 3 nəfərə qarşı da irəli sürülüb. Onlar da məhkəmə qərarı əsasında həbsə göndərilib.

Paylaş
Burada sizin reklamınız ola bilər