Dünya

Gürcüstanda 20-dən çox universitetin tələbələri tətil elan edərək etirazlara qoşulublar (FOTO)

13 may / 15:49 2 dəq
Ae978ab7f4e33073585a273bb86b39f9
13 may / 15:49
Burada sizin reklamınız ola bilər

Bu gün, onlarla ali təhsil müəssisəsinin tələbələri kütləvi tətil elan edərək, etiraz aksiyalarına qoşulublar.

Qerbxeber.com 24News.ge-ə  istinadən xəbər verir ki, “Xarici təsirin şəffalığı” haqqında qanuna qarşı tətil edən universitetlərin siyahısına ölkə üzrə 25 təhsil müəssisəsi daxildir.

Aksiyaya Tbilisi Dövlət Universiteti, Şota Rustaveli adına Batumi Dövlət Universiteti, GIPA Universiteti, Qriqol Robakidze Universiteti, Qafqaz Universiteti, Alte Universiteti, İliya Universiteti, İncəsənət Akademiyası, Aqrar Universitet, Tibb Universiteti, Şota Rustaveli adına Teatr və Kino Universiteti dəstək verib. Aksiyaya Rustaveli, Sulxan-Saba Orbeliani Universiteti, Batumi Dəniz Akademiyası və digər universitetlər də qoşulublar.

Universitet müəllimləri sosial şəbəkələrdə tamamilə boş sinif otaqlarının fotolarını paylaşırlar.

Qeyd edək ki, bu gün parlamentin Hüquqi məsələlər komitəsi hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı” haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib. Mayın 14-də isə ölkənin qanunverici orqanı üçüncü oxunuşda layihəni müzakirə edəcək.

 

www.24news.ge

Paylaş
Burada sizin reklamınız ola bilər