Kateqoriyasız

Gürcüstanda ən polulyar Azərbaycan soyadları məlum olub

21 iyul / 11:23 1 dəq
377d8eb8 8754 31fd a8ba 6bc3fe4f005b
21 iyul / 11:23
Burada sizin reklamınız ola bilər

Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyi ölkədə ən çox yayılan soyadların ilk onluğunun siyahısını tərtib edib.

“Report”un yerli bürosu xəbər verir ki, Məmmədov soyadı siyahıda 5-ci yeri tutub.

Hazırda ölkədə bu soyadı 14 864 nəfər daşıyır.

Qadın soyadları arasında isə Məmmədova 2-ci yerdə qərarlaşıb. Gürcüstanda bu soyadlı 12 958 nəfər yaşayır.

Digər Azərbaycan soyadı – Əliyev isə qonşu ölkədə geniş yayılan soyadların ilk 20-liyində yer alıb. Əliyev soyadını 9 060 kişi, Əliyeva soyadını isə 8 960 qadın daşıyır. 

Paylaş
Burada sizin reklamınız ola bilər