Dünya

Gürcüstana Aİ-ın nümayəndəliyinin üzvülərini ölkəyə girişinə icazə verilməyib

23 may / 15:22 1 dəq
Indir 2025 05 23t152152.141
23 may / 15:22
Burada sizin reklamınız ola bilər

Aİ-nin Gürcüstandakı nümayəndəliyinin üzvünün may ayının 21-də Tbilisi hava limanından ölkəyə girişinə icazə verilməyib.

Qerbxeber.com xəbər verir ki, bu barədə “TvPirveli” kanalı məlumat yayıb.

Avropa İttifaqının Gürcüstandakı səfirliyi tərəfindən “Tvpirveli” kanalına göndərilən yazılı şərhdə bildirilib ki, belçikalı diplomat Saymon Vanderbroekin Gürcüstana girişinə icazə verilməməsi Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına və digər müvafiq normalara ziddir.

Avropa İttifaqı Nümayəndəliyindən verilən məlumata görə, məsələ ilə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə şifahi nota göndərilib.

“Gürcüstan hökuməti baş vermiş xoşagəlməz hadisəyə görə şifahi üzr istəyib”, – deyə səfirliyin məlumatında qeyd edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər