Maraqlı

Gürcüstan xarici işlər naziri Azərbaycana gəldi

16 yanvar / 16:53 1 dəq
6788f3d7742ce6788f3d7742cf17370285676788f3d7742cc6788f3d7742cd (1)
16 yanvar / 16:53
Burada sizin reklamınız ola bilər

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə əvvəlcə təkbətək, daha sonra isə geniş tərkibdə görüşü olub.

Qerbxeber.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat paylaşılıb.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, humanitar ölçüləri, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlər müzakirə edilib.

Ceyhun Bayramov gürcüstanlı həmkarını münaqişədən sonra regional yenidənqurma, minalardan təmizləmə və sülh səyləri, eləcə də davamlı sülh prosesinə qarşı mövcud problemlər barədə məlumatlandırıb.

geniş gorüş az-geo

Paylaş
Burada sizin reklamınız ola bilər