Bölgə xəbərləri

Gürcüstan prezidenti Rusiya ilə uçuşların bərpasına qarşı çıxdı

21 yanvar / 12:44 3 dəq
1674234027 646e2033733e9f821c1e4e41d27002d6untitled 1 jpg
21 yanvar / 12:44
Burada sizin reklamınız ola bilər
Gürcüstan prezidenti Salome Zurabişvili hakim “Gürcü arzusu” partiyasının rəhbəri İrakli Kobaxidzenin dəstəklədiyi Rusiya ilə hava nəqliyyatının bərpası fikrini alqışlamadığını bildirib. Əvəzində o, ölkənin reputasiyasının qayğısına qalmağa və Gürcüstanla Qərb tərəfdaşları arasında parçalanmanın qarşısını almağa çağırıb.
 
“Qərb Xəbər” bildirir ki, bu barədə Gürcüstan prezidentinin saytında deyilir.
“Bütün tərəfdaş ölkələrimiz Ukraynanın fədakar mübarizəsi ilə sözdə və ya əməldə maksimum həmrəyliklərini ifadə etsələr də, əminəm ki, mən və  cəmiyyətin əksəriyyəti hökumətin və hakim partiyanın mövqeyindən çaşqınlıq içindəyik”, deyə bəyanatda bildirilir.

Bundan əvvəl Kobaxidze bildirib ki, Rusiya ilə hava əlaqəsinin bərpası Rusiya Federasiyasında yaşayan gürcülərin həyatını asanlaşdıracaq. Prezident bu arqumentlə razılaşmır: “Ən azı ona görə ki, aylardır bütün səylərimə baxmayaraq, mən vətəndaşlığın (etnik gürcülər üçün Gürcüstan vətəndaşlığı –  red.) verilməsi meyarlarının sadələşdirilməsi ilə bağlı nəticə əldə edə bilməmişəm”.
Prezidentin sözlərinə görə, Qafqaz ölkəsi ilə hava əlaqəsinin bərpasını istisna etməyən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözləri Gürcüstanın Qərb tərəfdaşları ilə münasibətlərində parçalanmağa yönəlmiş “Rusiyanın köhnəlmiş hiyləsi”nə nümunədir.
Prezident Zurabişvili uçuşları bərpa etmək əvəzinə hökuməti “Rusiya vətəndaşlarının ölkəyə axını məsələsini bütün sosial və siyasi parametrləri ilə araşdırmağa çağırıb ki, ictimaiyyət onun milli maraqlarının və təhlükəsizliyinin nəzərə alındığını və qorunduğunu hiss etsin”. Xüsusilə, prezident işləmək, biznesi qeydiyyata almaq, əmlak əldə etmək, rusdilli məktəblərin açılması hüququnun tənzimlənməsinə çağırıb.
Paylaş
Burada sizin reklamınız ola bilər