Dünya

Gürcüstan Polşa ilə birlikdə PUA-ların istehsalına başlayır

18 iyul / 14:02 1 dəq
83a2c599 e873 3f2a b039 ab4918b05241
18 iyul / 14:02
Burada sizin reklamınız ola bilər

“Gürcüstan avqust-sentyabr aylarında Polşa ilə birlikdə yüzlərlə FLYEYE və WARMATE kamikadze pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayacaq”.

“Qərb Xəbər” xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Djuanşer Burçuladze “İmedi” telekanalının efirində bildirib. Onun sözlərinə görə, ilk Polşa-Gürcüstan pilotsuz uçuş aparatı artıq uğurla sınaqdan keçirilib.

Gürcüstanın Müdafiə Nazirliyi pilotsuz uçuş aparatlarının operatorlarının hazırlanacağı mərkəz açacaq. İstehsalın yaradılması haqqında sazişi Gürcüstanın “Delta International” şirkəti və Polşanın “WB Electronics” şirkəti imzalayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər