Dünya

Gürcüstan Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

10 dekabr / 19:44 1 dəq
6575d5937e83b6575d5937e83c17022212036575d5937e8386575d5937e83a
10 dekabr / 19:44
Burada sizin reklamınız ola bilər

Gürcüstan parlamentinin sədri Şalva Papauaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisin sədri Sahibə Qafarovanın dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlib.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Gürcüstan nümayəndə heyəti səfər çərçivəsində hökumət və parlament səviyyəsində yüksək səviyyəli görüşlər keçirəcəklər.

Bildirilib ki, nümayəndə heyətinə vitse-spiker Arçil Talakvadze, hakim “Gürcü Arzusu” partiyasının parlament fraksiyası sədrinin birinci müavini Qreta Tsitsava, həmçinin Gürcüstan parlamentinin hakim partiyadan olan azərbaycanlı deputatları Savalan Mirzəyev, Zaur Darğallı, həmçinin “Vahid Milli Hərəkat – Birləşmiş Müxalifət” blokundan Ramaz Nikolaişvili daxildir.

Paylaş
Burada sizin reklamınız ola bilər