Dünya

Gürcüstan parlamentindən Saakaşvili ilə bağlı TƏCİLİ AÇIQLAMA

14 mart / 09:51 2 dəq
464b2eb4111e9f927c1be4a4c7952087
14 mart / 09:51
Burada sizin reklamınız ola bilər

Gürcüstanın məhkum olunmuş sabiq prezidenti Mixeil Saakaşvilinin Ukraynaya köçürülməsi mümkün deyil.

Bu barədə Musavat.com “REN TV”yə istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri Giorgi Volski jurnalistlərlə söhbətində deyib.

O, Ukraynanın “Xalqın xidmətçisi” Partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiyanın Tiflisi Rusiya ilə hava nəqliyyatını dayandırmağa və Saakaşvilini həbsdən azad etməyə çağıran sözlərini “cəfəngiyyat” adlandırıb.

Xatırladaq ki, Saakaşvili 2021-ci il oktyabrın 1-də Ukraynadan qayıtdıqdan sonra Gürcüstan hökuməti tərəfindən saxlanılıb. Həbsxanada keçirdiyi ilk il ərzində sabiq prezident 30 kq arıqlayıb və həkimlər ona 17 diaqnoz qoyub. Qohumları və müdafiə tərəfləri dəfələrlə Saakaşvilinin səhhətinin ağır olduğunu bildirib və onun müalicə üçün xaricə aparılmasına icazə istəsələr də, həmişə rədd cavabı alıblar.

Qeyd edək ki, Qərb Saakaşvilini azad etmək üçün Gürcüstan hökumətinə təzyiq göstərməyə çalışsa da, buna nail ola bilməyib.

 

Paylaş
Burada sizin reklamınız ola bilər