Dünya

Gürcüstan Baş nazirindən Avropa İttifaqı ilə bağlı təcili bəyanat

29 noyabr / 12:39 2 dəq
Kobaxidze
29 noyabr / 12:39
Burada sizin reklamınız ola bilər
“Bu məsələlərin heç kimin gürcü xalqına qarşı şantaj aləti kimi istifadə etməməsi üçün qərara gəldik ki, 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqların başlanması məsələsini gündəmə gətirməyək. Həmçinin, 2028-ci ilin sonuna qədər Avropa İttifaqından hər hansı bir büdcə qrantından imtina edirik”

Qerbxeber.com Aktual.ge-yə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Gürcü Arzusu”nun mərkəzi qərargahında Parlament çoxluğu və hökumət komandası ilə görüşdən sonra keçirilən brifinqdə bəyan edib.

Onun sözlərinə görə, danışıqların başlanması məsələsi bu gün də eynilə əvvəlki dövrdə namizədlik statusu kimi şantaj və cəmiyyətin parçalanması üçün istifadə edilir.

“Avropa İttifaqına inteqrasiyanı mərhəmət kimi qiymətləndirmək qətiyyən qəbuledilməzdir” – deyib İrakli Kobaxidze.

O, sözlərini yekunlaşdırarkən Avropa Parlamentində Gürcüstanla bağlı qətnamənin qəbul edilməsini də tənqid edib.

Paylaş
Burada sizin reklamınız ola bilər