Sosial

Gürcüstan Azərbaycandakı vətəndaşlarına kömək göstərib

8 aprel / 14:49 1 dəq
2dacd250 6247 4718 bfe2 ecba7037b0bc
8 aprel / 14:49
Burada sizin reklamınız ola bilər

“Koronavirus epidemiyası ilə bağlı yaranmış vəziyyətlə əlaqədar olaraq Azərbaycanda olan 20 vətəndaşımız Gürcüstandan müvafiq köməklik alıb”.

Report-un xəbərinə görə, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Nazirin sözlərinə görə, 40-dan çox ölkədə ümumilikdə 2 425 Gürcüstan vətəndaşına müvafiq yardım göstərilib.

O qeyd edib ki, bu köməkliyə yaşayış yeri, qida, nəqliyyat, medikamentlərlə təminat və onlayn konsultasiyalar daxildir. 

Paylaş
Burada sizin reklamınız ola bilər