İdman

Güləşçilərimiz İrandakı turniri beş medalla başa vurublar

17 may / 12:15 1 dəq
2f17a14c cc47 3980 a86a c5b906765661 850
17 may / 12:15
Burada sizin reklamınız ola bilər

Azərbaycanın 20 yaşadək sərbəst güləşçiləri İranın Behşehr şəhərində keçirilmiş “Necad Haşimi kuboku” turnirini beş medalla başa vurublar.

Bu barədə Qerbxeber.com-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yarışın ikinci günündə Azərbaycanın U-20 yığmasının daha üç üzvü fəxri kürsüyə qalxıb.

Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) gümüş, Nurlan Ağazadə (70 kq) isə bürünc mükafata sahib çıxıb.

7 ölkənin təmsil olunduğu turnirdə komanda hesabında İran birinci, Hindistan ikinci, Azərbaycan isə üçüncü yeri tutub.

Qeyd edək ki, ilk yarış günündə Omar Gülməmmədov (74 kq) gümüş, Sədrəddin Həsənov (57 kq) isə bürünc medal qazanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər