Ağstafa

Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib

28 iyun / 17:02 1 dəq
667eac76c453a667eac76c453b1719577718667eac76c4538667eac76c4539
28 iyun / 17:02
Burada sizin reklamınız ola bilər

İyunun 29-dan iyulun 1-i axşamadək bölgələrdə gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.

Xidmətdən Qerbxeber.com verilən xəbərə görə, sarı xəbərdarlığa uyğun olaraq Ağstafa, Şəmkir, Tovuz, Samux, Bərdə, Tərtər, Göygöl, Ağdam, Ağcabədi, Balakən, Zaqatala, Şəki, Qax, Naxçıvan MR-da şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Narıncı xəbərdarlığa əsasən Naftalan, Goranboy, Gəncə, Yevlax, Mingəçevir, Daşkəsən rayonlarında şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Paylaş
Burada sizin reklamınız ola bilər