Göygöl rayonunda avtoqəza can aldı
Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsi bir nəfərin həyatına son qoyub.
Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, qəza Gəncə-Göygöl-Toğanalı avtomobil yolunun Göygöl ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.




