Bölgə xəbərləri

Gecəboyu davam edən aksiyadan – Fotolar

20 dekabr / 09:25 1 dəq
Axzcds
20 dekabr / 09:25
Burada sizin reklamınız ola bilər

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə  Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.

“Qərb Xəbər” xəbər verir ki, aksiyanın 9-cu günündə hava şəraitinin soyuq olmasına baxmayaraq, dinc etiraz fasiləsiz olaraq keçirilib.

Gecəboyu davam edən aksiyanın fotolarını təqdim edirik:

Xatırladaq ki, aksiya iştirakçılarının verdiyi məlumata görə, ötən gün rusiyalı sülhməramlılar sözügedən ərazidə quraşdırdıqları barrikadanı açıblar. Bundan başqa, zirehli texnika olan BTR-in də ərazidən geri çəkildiyi bildirilir.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

 



Paylaş
Burada sizin reklamınız ola bilər