Dünya

G7-nin maliyyə nazirləri Ukraynaya dəstək verdiklərini bəyan ediblər

17 iyul / 09:35 1 dəq
06e5459e 5040 33ea 9026 9e7a58a03a6f
17 iyul / 09:35
Burada sizin reklamınız ola bilər

G7-nin maliyyə nazirləri Rusiyanın hərtərəfli hücumu fonunda Ukraynaya sarsılmaz dəstəklərini bir daha təsdiqləyiblər.

“Qərb Xəbər” “Kyodo”ya istinadən xəbər verir ki, bunu Yaponiyanın maliyyə naziri Şuniçi Suzuki bildirib.

“Biz Ukraynanı dəstəkləməkdən çəkinməyəcəyimizi bir daha təsdiqlədik”, – Suzuki Hindistanın qərbindəki Qandinaqar şəhərində G7-nin iclasına sədrlik etdikdən sonra deyib.

Ukraynanın maliyyə naziri Sergey Marçenko görüşə virtual qoşulub.

G7 ölkələrinin maliyyə nazirləri Rusiyaya qarşı iqtisadi sanksiyaların artırılması şəklində Moskvaya qarşı koordinasiyalı cavabı müzakirə ediblər. Siyasətçilər həmçinin G20 toplantısının gündəliyində olan transmilli korporasiyaları hədəf alan qlobal vergi islahatları məsələsini də qaldırıblar.

Paylaş
Burada sizin reklamınız ola bilər