Sosial

Gəncədən Kəlbəcər və Ağdərəyə avtobus reysləri açılır

19 iyul / 15:39 1 dəq
Avtobus
19 iyul / 15:39
Burada sizin reklamınız ola bilər

Gəncə Beynalxalq Avtovağzalından Kəlbəcər və Ağdərə şəhərlərinə avtobus reyslərinin təşkili nəzərdə tutulur.

Qerbxeber.com xəbər verir ki, bu barədə Teleqraf-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə Regional İdarəsindən məlumat verilib.

“Hazırda bu istiqamətdə iş aparılır. Sakinlərimizin bu şəhərlərə köçməsindən sonra bu reyslər istifadəyə veriləcək. Reyslərin açılması üçün müsabiqə elan olunacaq və müsabiqədə qalib gələn şirkət bu reysləri təmin edəcək” – məlumatda bildirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər