Bölgə xəbərləri

Gəncədə yol hərəkəti qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub

20 iyul / 17:22 1 dəq
2022 07 20
20 iyul / 17:22
Burada sizin reklamınız ola bilər

Məsələ ilə bağlı “Qərb Xəbər”ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumatda deyilir ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan “Qərb Xəbər”ə verilən məlumata görə, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə dövlət qeydiyyat nişanı olmadan, qadağan olunmuş səs siqnallarından, görməni məhdudlaşdıran vasitələrdən istifadə edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər saxlanılaraq barələrində qanunamüvafiq tədbir görülüb. Anoloji monitorinqlər bundan sonra da davam etdiriləcək.
Ülviyyə Həsənli.

Paylaş
Burada sizin reklamınız ola bilər