Hadisə

Gəncədə üç avtomobil yanıb

27 noyabr / 09:01 1 dəq
Indir 2023 11 27T090001.203
27 noyabr / 09:01
Burada sizin reklamınız ola bilər

Gəncədə yanğın hadisəsi baş verib.

“Qərb Xəbər”in məlumatına görə, hadisə şəhərin Əbülülə Gəncəvi küçəsində qeydə alınıb.

Belə ki, sözügedən ünvanda yerləşən dayanacaqda yanğın olub.

Yanğın zamanı iki VAZ markalı minik maşını və bir “KamAZ” yanıb.

Dərhal hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub.

Yanğın söndürülüb, dayanacağın qalan hissəsi yanğından mühafizə olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər