Hadisə

Gəncədə itkin düşən qadın və övladı tapılıb

24 noyabr / 11:15 1 dəq
0ffce201 1d27 39e0 8cec b29538c5b3a3
24 noyabr / 11:15
Burada sizin reklamınız ola bilər

Gəncədə bir neçə gün öncə itkin düşmüş ana və qızı tapılıb.

Bu barədə “Qərb Xəbər”in sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində hər iki şəxsin yeri Gəncə şəhərində müəyyən edilib. N.İmanova izahatında yaşadıqları evi könüllü tərk etdiklərini və geri dönmək istəmədiklərini bildirib.

Qeyd edək ki, Tahir Həsənov Gəncə Şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək həyat yoldaşı Nargül İmanova və övladı, 2009-cu il təvəllüdlü Günay Həsənovanın noyabrın 6-da birgə yaşadıqları evdən naməlum istiqamətdə gedərək bir daha geri qayıtmadıqlarını deyib.

Paylaş
Burada sizin reklamınız ola bilər