Hadisə

Gəncədə iki avtomobil toqquşub, sürücü ölüb

15 mart / 13:41 1 dəq
1e2df641 6075 35de 91d9 944a84fe99c0
15 mart / 13:41
Burada sizin reklamınız ola bilər

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Reporta verilən məlumata görə, hadisə martın 13-də saat 12 radələrində Gəncə şəhəri ərazisində baş verib.

Şəhər sakinləri E.Məmmədovun idarə etdiyi “Mercedes” və R.Abdullayevin idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Abdullayev martın 14-də orada ölüb.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər