Kateqoriyasız

Gəncədə Fətəli Xan Xoyskinin qohumunun meyiti aşkarlanıb

17 may / 09:04 1 dəq
591a4dbd 141a 3d16 924a a992aac432fa
17 may / 09:04
Burada sizin reklamınız ola bilər

Azərbaycan Xalq Cümhuriyyətinin əsas qurucularından olan Fətəli Xan Xoyskinin qardaşı oğlunun nəvəsi 1948-ci il təvəllüdlü Xan Xoyski Azad Cəfər oğlunun meyiti Gəncə şəhər Əziz Əliyev küçəsi bina 5-də olan mənzillərin birində aşkarlanıb.

“Qərb Xəbər”in məlumatına görə, yaxınlıqda yaşayan vətəndaşların çağırışı ilə əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri həmin ünvana gəlib və bağlı qapını açaraq mənzilə daxil olublar.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, A.Xan Xoyski Xalq Cümhuriyyəti dövründə Azərbaycanın dövlət idarələrində məsul vəzifələr tutmuş peşəkar hüquqşünas, AXC-nin əsas qurucularından olan Fətəli Xan Xoyskinin qardaşı oğlu Əmiraslan Xan Xoyskinin nəvəsidir. O, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Həmçinin tarix elmləri doktoru, professor olub.

c375804f-d110-317e-ab07-48b8b065fa3a

Paylaş
Burada sizin reklamınız ola bilər