Sosial

Gəncədə evləri su basıb

29 may / 10:03 1 dəq
10 01 34 g nc sel sularina q rq oldu evl ri su basib
29 may / 10:03
Burada sizin reklamınız ola bilər

Gəncədə bir çox həyət evlərini su basdı.

Dünən günortadan başlayaraq Gəncəyə güclü yağış yağmağa başlayıb. Leysan xarakterli olan yağış sonradan doluya çevrilib. Təxminən yarım saatdan artıq davam edən təbiət hadisəsi yollarda hərəkəti çətinləşdirib, dolunun diametri 1 sm-ə qədər müşahidə olunub. Küçələrdə sel suları səkilərədək qalxıb. Kanalizasiya sisteminin düzgün olmaması da əlavə problemlər yaradıb. Nizami rayonunda nəqliyyatın hərəkətində çətinliklər meydana gəlib.

Gəncənin Təbriz, Zərrabi və 20 Yanvar küçəsində yerləşən bəzi həyət evlərini su basıb.

Paylaş
Burada sizin reklamınız ola bilər