Kateqoriyasız

Gəncədə dağıntılar altından 52 nəfər yaralı çıxarılıb

17 oktyabr / 10:12 1 dəq
5ce5a220 cb34 3048 ae94 e6dd998d31d0
17 oktyabr / 10:12
Burada sizin reklamınız ola bilər

Xəbər verildiyi kimi, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub.

Bu vaxta qədər dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin meyiti çıxarılıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər