Sosial

Gəncədə 57 yaşlı qadını avtomobil vurub

22 aprel / 14:43 1 dəq
22 aprel / 14:43
Burada sizin reklamınız ola bilər

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 57 yaşlı Elza Vəliyevanı avtomobil vurub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləıri cəlb olunub. Yaralı qadın “təcili yardım” maşını ilə  xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər