Gəncədə 22 yaşlı qızı atası döyərək öldürüb
Gəncədə 22 yaşlı qız öldürülüb.
Qerbxeber.com xəbər verir ki , hadisə şəhərin Bayan küçəsində qeydə alınıb. 1978-ci il təvəllüdlü Səməd Həsənlinin 2003-cü il təvəllüdlü qızı Leyla Həsənlini döyərək öldürdüyü bildirilir.
Hadisəni törədməkdə şübhəli bilinən Səməd Həsənli polis əməkdaşları tərəfindən tutulub.
Araşdırma aparılır.





