Bölgə xəbərləri

Gəncə və Tovuzda itkin düşən məktəbli qızlar tapılıb

27 oktyabr / 14:54 1 dəq
Indir 2023 10 27T145324.345
27 oktyabr / 14:54
Burada sizin reklamınız ola bilər

Gəncə və Tovuzda itkin düşən məktəbli qızlar tapılıb.

Bu barədə “Qərb Xəbər”ə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində  Gəncə şəhəri Xətai prospektində yaşayan, 2009-cu il təvəllüdlü Türkan Qurbanova və Tovuzun Aşağı Quşçu kənd sakini, 2009-cu il təvəllüdlü Gülay Bayramovanın yerləri  müəyyən olunaraq ailələrinə təhvil verilib.

Hər iki fakt üzrə araşdırma aparılır.

R.Carçılı

Paylaş
Burada sizin reklamınız ola bilər