Bölgə xəbərləri

Gəncə sakini Şəmkirdə qohumu tərəfindən bıçaqlanıb

10 aprel / 09:17 1 dəq
Bıçaqlanma
10 aprel / 09:17
Burada sizin reklamınız ola bilər

Şəmkir bazarında 45 yaşlı kişi bıçaqlanıb.

“Qərb Xəbər”in məlumatına görə, mübahisə zəminində 2 bıçaq xəsarəti alan, Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü E.Məmmədov xəstəxanaya aparılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib.

Qarın boşluğundan və döş qəfəsindən xəsarət alan zərərçəkmişin vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin onun qohumu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər