Gədəbəydə qəzada xəsarət alanların kimliyi açıqlanıb
Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.
“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Maarif kəndində qeydə alınıb. Gəncə-Gədəbəy reysi ilə işləyən mikroavtobus sürücüsü idarəetməni itirib. Nəticədə avtobus yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü, rayon sakini 68 yaşlı Sərxan Həmzəyev və sərnişinlər – 18 yaşlı J. İbrahimova, 18 yaşlı J.Bayramlı, 42 yaşlı T.Rzayev, 18 yaşlı N. Allahverdiyeva, 18 yaşlı O. Hüseynov və 44 yaşlı G Hüseynova müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.




