Bölgə xəbərləri

Gədəbəydə KİA dərəyə aşdı-2 ÖLÜ,4 YARALI

4 avqust / 09:47 1 dəq
Qəza mashin
4 avqust / 09:47
Burada sizin reklamınız ola bilər

Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, dünən saat 18 radələrində Gədəbəy rayonunun Şahdağ kəndinin dağlıq ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Vüsal Məmmədov idarə etdiyi “Kia” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.

Nəticədə sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü Azadə Məmmədova və 1973-cü il təvəllüdlü Asəf Tapdıqov hadisə yerində ölüb.

Avtomobildə olan digər 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər