Bölgə xəbərləri

Gədəbəydə alkoqolsuz içki istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

5 iyul / 13:41 1 dəq
16885481264886328135 1000x669
5 iyul / 13:41
Burada sizin reklamınız ola bilər

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, görülən nəzarət tədbirləri çərçivəsində Gədəbəy rayonunun Slavyanka kəndində Yusifova Nüşabə İbrahim qızına məxsus “Öz elim” əmtəə nişanlı alkoqolsuz içki (limonad) istehsalı müəssisəsində yoxlama aparılıb.

Yoxlama zamanı sanitar norma və qaydaların, eləcə də qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

16885481263210122567_1000x669

Paylaş
Burada sizin reklamınız ola bilər