Gədəbəydə 21 yaşlı gənc atdan yıxılaraq ölüb
Gədəbəy rayonunda atdan yıxılan 21 yaşlı gənc aldığı xəsarətdən ölüb.
“Qərb Xəbər” “Report”a istinadən xəbər verir ki, hadisə rayonun “Mal bazarı” adlanan ərazisində olub.
Gədəbəy rayon sakini, 2001-ci il təvəllüdlü Elgün Abbasov at üzərində hərəkətdə olan zaman at hürkərək özünü yaxınlıqdan keçən “VAZ-21021” markalı avtomobilə çırpıb.
Bu zaman E.Abassov atdan yıxılaraq ağır xəsarət alıb və hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.




