Gədəbəyədə bıçaqlanma hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov “Qərb Xəbər”ə bildirib ki,
Gədəbəy Rayon Polis Şöbəsinə Tovuz rayon sakini Cavid Qasımovun bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə C.Qasımov yeyib içdikdən sonra tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Dərhal polis əməkdaşları müvafiq tədbirlər görüb, C. Qasımova xəsarət yetirməkdə şübhəli bilinən, Gədəbəy rayon sakini, 1983-cü il təvəllüdlü Firdovsi Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.