QHT Xəbər

Futbol oyunu üzrə turnir keçirilib

20 iyun / 15:12 2 dəq
IMG 20190620 WA0005
20 iyun / 15:12
Burada sizin reklamınız ola bilər

Bu gün Qazax GİKM-nin təşkilatçılığı ilə “PES 2013” futbol oyunu üzrə gənclər arasında turnir keçirilib.

Olimpiya sistemi üzrə keçirilən yarışda 32 gənc iştirak edib. 1/16, 1/8 və 1/4 final mərhələsinin görüşlərindən sonra 4 yarımfinalçı bəlli olub. Bu mərhələnin oyunları gərgin mübarizə şəraitində keçib. Allahmanov Toğrul Mehman oğlu və Hüseynov Adil Azər oğlu arasında reallaşan görüşün əsas vaxtı bərabərliklə başa çatıb – 6:6. Penaltilər seriyasında 4:3 üstün olan T.Allahmanov finala vəsiqə qazanıb. Onun həlledici oyundakı rəqibi isə Omarlı Fərid Atəş oğlu olub. F.Omarlı yarımfinalda Allahşükür İsayevi əsas vaxtı 4:4 bitən oyunda penaltilər seriyasında 4:1 məğlub edib. Finalda da Toğrul Allahmanova heç bir şans verməyən Fərid Omarlı 6:3 hesablı qələbə qazanaraq turnirin qalibi olub. A.İsayev üzərində texniki qələbə qazanan (oyundan imtina) Adil Hüseynov isə 3-cü yerə layiq görülüb.

Sonda qalib və mükafatçılar müvafiq diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər