Dünya

Fransanın xarici işlər naziri Kiyevdədir

13 yanvar / 22:58 2 dəq
65a257f925a0765a257f925a08170513816965a257f925a0565a257f925a06
13 yanvar / 22:58
Burada sizin reklamınız ola bilər

Fransanın xarici işlər naziri Stefan Sejurne Ukraynada səfərdədir.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

“Fransanın müttəfiqlərinə və mülki əhaliyə sadiqliyini bir daha təkrarlamaq üçün xarici işlər naziri ilk səfəri üçün Kiyevə gəlib”, paylaşımda qeyd edilib.

Xatırladaq ki, bundan öncə keçmiş nazir Ketrin Kolonnanın Ukraynaya səfəri planlaşdırılırdı.

Hökumətdə baş verən dəyişikliklə bağlı onun yerinə Stefan Sejurne Ukraynaya səfər edib.

Fransa XİN rəhbəri də səfəri ilə bağlı sosial media hesabında paylaşım edərək bildirib ki, onun Kiyevə mesajı Fransanın Ukraynaya yardımının uzumüddətli olacağı ilə bağlıdır: “Artıq 2 ilə yaxındır ki, Ukrayna öz suverenliyini müdafiə etmək və Avropanın təhlükəsizliyini təmin etmək üçün ön cəbhədədir. Fransanın yardımı uzunmüddətlidir. Kiyevə bu mesajımızı vermək üçün gəldim”.

Paylaş
Burada sizin reklamınız ola bilər