Dünya

Fransanın eks-prezidenti Sarkozi 5 il müddətinə azadlıqdan məhrum edilib

25 sentyabr / 15:44 1 dəq
Sarkozi
25 sentyabr / 15:44
Burada sizin reklamınız ola bilər

Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozini 2007-ci il seçkilərində qələbəsini təmin etmək üçün Liviya lideri Müəmmar Qəddafi rejimindən qanunsuz təşviqat maliyyəsi almaq ittihamı ilə mühakimə olunduğu işdə təqsirli bilib.

Qerbxeber.com bildirir ki,hadisə ilə bağlı “Le Monde” xəbərinə görə, məhkəmə bütün digər ittihamlar üzrə keçmiş prezidentə bəraət verib.

Lakin “Liviya işinə” görə,Paris məhkəməsi Fransanın sabiq prezidenti Sarkozini 5 il müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, prokurorluq Sarkozini passiv korrupsiyada, seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsində, dövlət vəsaitlərinin mənimsənilməsində iştirakda ittiham edib.

Paylaş
Burada sizin reklamınız ola bilər