Kateqoriyasız

Fransada taksi sürücüləri ayağa qalxdılar – Yanacaq bahalaşmasına etirazlar başlayıb (FOTOLAR+VİDEO)

31 mart / 12:14 1 dəq
France taxi protests
31 mart / 12:14
Burada sizin reklamınız ola bilər

Fransa paytaxtında və qonşu departamentlərdən yüzlərlə taksi sürücüsü yanacağın bahalaşmasına etiraz üçün küçələrə axışıb.

“Qərb Xəbər” məlumat verir ki, aksiya Milli Taksi Federasiyası və Birləşmiş Taksi Kirayəçiləri Həmkarlar İttifaqının çağırışı ilə təşkil olunub. İştirakçılar əsasən yanacağa görə ƏDV-nin 5,5 faiz səviyyəsinə qaytarılmasını (hazırda – 10 faizdir), daxili enerji istehlakı üçün üzən verginin tətbiqini və elektromobillərə keçidə köməklik göstərilməsini tələb ediblər.

Qeyd edək ki, Fransada yanacağın qiymətləri ilin əvvəlindən bəri artmaqdadır, ötən həftə isə dizelin litri 2,1165 avroya, SP95 benzininin qiyməti 1,9670 avroya, Super SP95-in qiyməti isə 2,0042 avroya yüksəlməklə tarixi maksimuma çatıb.

france - taxi protests 3

 

france - taxi protests 4

 

france - taxi protests

FRANCE-TRANSPORT-ROAD-LABOUR-PETROL


qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər