Dünya

Fransada aksiyalar yenidən başlayıb

28 mart / 17:19 2 dəq
A7ea8c8e af3f 35dd 9a75 5d53346fed1e
28 mart / 17:19
Burada sizin reklamınız ola bilər

Fransada pensiya sisteminin dəyişdirilməsindən narazı olanlar yenidən küçə və meydanlara çıxıblar.

“Qərb Xəbər” xarici KİV-ə istinadən xəbər verir ki, mitinqlər ölkənin bütün ərazisində keçirilir.

Hüquq-mühafizə orqanları Lion şəhərindəki aksiyalarda iğtişaş törədilə biləcəyi barədə xəbərdarlıq edib.

Paytaxt Parisdə və digər şəhərlərdə 13 min polis və jandarma əməkdaşı asayişi qorumaq üçün səfərbər edilib.

Xatırladaq ki, Fransanın Baş naziri Elizabet Born ölkə konstitusiyasının 49-cu maddəsinin 3-cü bəndini işə salaraq pensiya islahatı barədə qanun layihəsini Milli Assambleyada (parlamentin aşağı palatası) səsverməyə çıxarmadan qəbul etdirib.

Bundan sonra ölkənin müxtəlif şəhərlərində minlərlə insanın iştirakı ilə nümayişlər başlayıb. Polis etirazçıları dağıtmaq üçün dəfələrlə xüsusi vasitələrdən istifadə etməli olub.

Martın 16-da Fransa Senatının yuxarı palatası pensiya islahatları barədə qanun layihəsini dəstəkləyib.

Aksiyalarda indiyə qədər 500-ə yaxın adam həbs edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər