Dünya

Fransa Senatı Qolodomoru tanıyıb

18 may / 08:51 1 dəq
B6748925 940c 316f a658 185a09589916
18 may / 08:51
Burada sizin reklamınız ola bilər

Fransa Senatı səs çoxluğu ilə Ukraynada 1932-1933-cü illərdəki soyqırımı tanıyan qətnamə qəbul edib.

“Qərb Xəbər” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa parlamentinin yuxarı palatasının rəsmi saytında dərc olunmuş məlumatda deyilir.

“Biz Fransa hökumətini 1932-1933-cü illərdə sovet hakimiyyəti tərəfindən milyonlarla ukraynalının aclıq, deportasiyası və məhvini soyqırımı kimi tanımağa çağırırıq”, – qətnamədə bildirilir.

2022-ci ilin dekabrında Avropa Parlamenti Ukraynada 1932-1933-cü illərdə baş vermiş aclığı soyqırım kimi tanıyıb. Qətnaməni 507 deputat dəstəkləyib.

Paylaş
Burada sizin reklamınız ola bilər