Dünya

Fransa hərbçiləri Ermənistana gəldi – Foto

10 oktyabr / 12:30 2 dəq
Fransa ordu
10 oktyabr / 12:30
Burada sizin reklamınız ola bilər

Fransa hərbçiləri Ermənistana gəlib.

“Qərb Xəbər” Publika.az-a istinadən xəbər verir ki, Fransa mülki təhlükəsizlik qüvvələrinin 56 hərbçisi, 2 “Dash” təyyarəsi, 1 mobil idarəetmə stansiyası, 2 ton avadanlıq və 2 xilasedici it dünən axşam saatlarında İrəvana gəlib.

Rəsmi məlumatda qeyd olunur ki, Fransa hərbçiləri Ermənistan və Avropa İttifaqının xilasediciləri ilə birlikdə “HOPE 2023” təlimində iştirak edəcəklər. Kipr və Monteneqronun axtarış-xilasetmə qrupları da Ermənstandadır.

Fransa hərbi heyəti “mülki təhlükəsizlik” təlimlərində iştirak etmək üçün Ermənistana gəlsə də, bu, rəsmi Parisin İrəvanla hərbi əməkdaşlığı fonunda diqqət çəkir. Son günlər Fransa Ermənistanın təhlükəsizliyində rolunu artırmaq istiqamətində addımlar atır. Anrirusiya siyasi xətti tutan İrəvan da KTMT-dən çıxmaq və rusları fransızlarla əvəzləmək niyyətindədir. Bu baxımdan, “mülki təhlükəsizlik” təlimləri üçün Fransadan gələn hərbi heyətin Ermənistana yerləşdiriləcəyi istisna edilmir.

 

photo_5271971974320606813_xphoto_5271971974320606814_xphoto_5271971974320606815_x

 

Paylaş
Burada sizin reklamınız ola bilər