Dünya

Fransa aeroportları bomba təhlükəsinə görə boşaldılıb

19 oktyabr / 16:06 1 dəq
6531176ed4d886531176ed4d8916977160786531176ed4d866531176ed4d87
19 oktyabr / 16:06
Burada sizin reklamınız ola bilər

Fransada bəzi hava limanlarında sərnişinlər bomba təhlükəsi səbəbindən təxliyə edilib.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə yerli “Le Figaro” nəşri yazıb.

Nəşrin məlumatına görə, Bordo, Nant, Lill və Monpelye hava limanlarında uçuşlar ləğv edilib.

Hadisə yerinə polis və minaaxtaran əməkdaşlar cəlb olunub.

Hava limanlarında hələlik heç bir partlayıcı qurğu aşkar edilməyib.

Qeyd edək ki, son günlər ölkədə insanların sıx gediş-gəlişi olan ictimai binalara bomba qoyulması ilə bağlı xəbərlərin sayı xeyli artıb. Belə ki, 14 oktyabrda Luvr muzeyinin minlərlə ziyarətçisi, eləcə də Lion stansiyasının sərnişinləri təxliyə edilib.

Versal Sarayında olanlar isə 14 və 17 oktyabr tarixlərində iki dəfə təxliyə edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər