Bölgə xəbərləri

Fövqəladə Hallar Nazirliyi ləğv ediləcəkmi? – Şərh

23 avqust / 14:29 3 dəq
Fhn
23 avqust / 14:29
Burada sizin reklamınız ola bilər

 

İntim videoları ilə gündəmə gələn FHN polkovniki Zaur Mirzəyev həbs olunsa da, bu qurumun adı ətrafında yaranmış ajiotaj səngimək bilmir. Zaur Mirzəyev öz əməlləri ilə təkcə karyerasını deyil, həm də uzun illər çalışdığı bu nəhəng dövlət qurumunu da ciddi təhlükə qarşısında qoyub. Hazırda FHN-nin perspektiviylə bağlı bədbin proqnozlar səsləndirilməkdir.

Azinforum.az-ın məlumatın görə, ölkə gündəmini silkələyən videolar Yanğından Baş Mühafizə İdarəsiylə yanaşı, bütövlükdə nazirliyin taleyini sual altında qoyub. Hakimiyyətdəki mənbələrdən saytımıza daxil olan məlumata görə, son hadisələr FHN başçısı Kəmaləddin Heydərovun başı üzərindəki qara buludları daha da sıxlaşdırıb.

Mənbə FHN-nin gələcək taleyilə bağlı müəmmalara da aydınlıq gətirib. Qeyd edib ki, FHN tezliklə iki qurum – Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin arasında bölüşdürüləcək. Yanğından Baş Mühafizə İdarəsi, Xüsusi Riskli Xilasetmə İdarəsi və digər oxşar Baş İdarələr DİN-nin tərkibinə veriləcək. Yerdə qalan İdarələr isə Müdafiə Nazirliyinin balansına keçəcək.

Məsələni “Qərb Xəbər”ə şərh edən politoloq Cümşüd Nuriyev bildirdi ki, Fövqaladə Hallar Nazirliyinin (FHN) ləğv edilməsi Prezidentin səlahiyyətindədir.

“FHN ləğv edilə bilər. Yəni əvvəlki vəziyyətinə qaytarıla bilər. Amma, bu bir ehtimaldır. FHN ləğv ediləcəyi təqdirdə Yanğından Baş Mühafizə İdarəsi  Daxili İşlər Nazirliyinə veriləcək, Mülki Müdafiyə Qoşunları isə Müdafiyə Nazirliyinin tərkibinə keçəcəkdir. Xüsusi Xilasetmə qurumları da dövlət agentliyinin tərkibində olacaq”.

“Azərbaycanda ətraf təhlükəsizliyi ilə bağlı konkret qurum olmalıdır. Bizdə çoxsaylı qurumlar buna baxırlar. Lakin, bunların hamısı bir yerə yığılmalıdır. Bu da təbii ki, Prezidentdən asılıdır. Sosial şəbəkələrdə bu tip xəbərlər həmişə tirajlanıb. Bu cür xəbərlər görünür ki, kimlərəsə sərf edir. Ona görə də bu cür xəbərləri yayırlar” – deyə politoloq əlavə etdi.

Cümşüd Nuriyev həmçinin qeyd etdi ki, FHN ilə əlaqəli olan məlum video materialların gündəmə gəlməsi isə tərbiyəsizlikdir, azərbaycan qadınının adına ləkədir.

“Həmin o videolara görə ailələr dağılacaq, insanlar intihar dərəcəsinə gələcək. Bunları gündəmə gətirən adamlar nə qazandılar?. Belə şeylər nə dövlətə, nə də quruma baş ucalığı gətirmir. Nazirlikdə baş verən hadisələrə görə heç bir nazir məsuliyyət daşımır. Düşünürəm ki, bu hadisə bəzi şəxslər tərəfindən qəsdən gündəmə gətirildi”.

Rahib İsgəndərli

Qərb Xəbər

Paylaş
Burada sizin reklamınız ola bilər