Fon der Lyeyen: Moskvanın məqsədi Avropada ixtilaf toxumu səpməkdir
Bu, bizim vətəndaşlarımızı qorxutmaq, iradəmizi sınağa çəkmək, ittifaqımızı parçalamaq və Ukraynaya dəstəyimizi zəiflətmək məqsədi daşıyan ardıcıl və getdikcə güclənən kampaniyadır. Artıq vaxtıdır ki, buna öz adı ilə müraciət edək – bu, hibrid müharibədir.
Qerbxeber.com xəbər verir ki, bu açıqlama ilə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyeyen çıxış edib.
Lyeyen bütün insidentlərə görə Rusiyanın məsuliyyət daşıdığını açıq şəkildə bildirməsə də, onun fikrincə, Moskvanın məqsədi Avropada ixtilaf toxumu səpməkdir.




