Dünya

Finlandiyanın yeni prezidenti bəlli olub

12 fevral / 09:31 1 dəq
12ebb1fa 0aaf 372f 9a8a 095b4b9c9c7e
12 fevral / 09:31
Burada sizin reklamınız ola bilər

Finlandiyada keçirilmiş prezident seçkilərinin ikinci turunda keçmiş baş nazir Aleksandr Stubb 51,6 faiz səslə qalib olub.

“Qərb Xəbər” Finlandiya Yayım Şirkətinə (Yle) istinadən xəbər verir ki, bülletenlərin 100 faizi sayılıb.

Sayımın sonucuna görə, keçmiş xarici işlər naziri Pekka Haavisto 48,4 % səs toplayıb.

Namizədlər arasında fərq 99 min səsdən az olub. Bu fərq prezident seçkilərinin ikinci turunun tarixində ən kiçiyi olub.

İkinci turda seçici fəallığı 70,7 faiz olub. Birinci turda seçici fəallığı 75 faiz olub.

Stubb martın 1-dən Finlandiya prezidenti olacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər