Hadisə

FHN xilasediciləri Türkiyədəki axtarış-xilasetmə əməliyyatlarında 51 nəfəri sağ çıxarıb

13 fevral / 09:46 1 dəq
63e9cd52da57c63e9cd52da57d167626683463e9cd52da57863e9cd52da57a
13 fevral / 09:46
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Bu barədə “Qərb Xəbər” ə FHN-dən bildirilib.

 

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər