Bölgə xəbərləri

FED ilin sonunadək uçot dərəcəsinin 1,5 faizlik artıra bilər

16 oktyabr / 15:36 1 dəq
Indir (83)
16 oktyabr / 15:36
Burada sizin reklamınız ola bilər

Sent-Luisin FED (Federal Ehtiyat Sistemi-red) rəhbəri Ceyms Bullard noyabr və dekabr aylarında keçirdiyi hər iclasda FED-in uçot dərəcəsini 75 baza bəndi artıracağını güman edir.

Bu barədə “Qərb Xəbər” “Bloomberg”ə istinadən xəbər verir.

Bullardın sözlərinə görə, FED-in faiz artımı tədbirləri indiyədək maliyyə bazarında yalnız “nisbətən aşağı” stressə səbəb olur.

Sentyabrın 21-də Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,75 faiz artırıb. Federal Açıq Bazar Komitəsinin (FOMC) bəzi üzvləri FED-in 2022-ci ilin sonuna qədər uçot dərəcəsini 4,25-4,5%-ə qədər artıracağını gözləyirdilər.

FED həmçinin öz aktivlərini və uçot dərəcəsini azaltmağa davam edəcəyini təsdiqləyib.

Paylaş
Burada sizin reklamınız ola bilər