Siyasət

“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası başa çatır

28 yanvar / 11:50 1 dəq
1580123336908 vyj4XZPt
28 yanvar / 11:50
Burada sizin reklamınız ola bilər

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyasına ayrılan müddət sabah başa çatır.

“Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.3-cü bəndinə əsasən, “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar səsvermə gününə ən azı 10 gün qalanadək qəbul edilməlidir.

Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərlə əlaqədar bu müddət yanvarın 30-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi prosesi yanvarın 20-də başa çatıb.

Paylaş
Burada sizin reklamınız ola bilər