Hadisə

Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbçisi şəhid olub

11 may / 12:19 1 dəq
Mn1
11 may / 12:19
Burada sizin reklamınız ola bilər

Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.

Bu barədə “Qərb Xəbər”ə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

“Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”, – məlumatda qeyd olunub.

e13dbada-c10a-33ec-b73a-ec974b5879e4

Paylaş
Burada sizin reklamınız ola bilər