Ermənistanın iqtidar partiyası yeni Konsititusiyanın qəbul tarixinini bəyan etdi
Ermənistan Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının qurultayında partiyanın qəbul etdiyi bəyannaməni təqdim edib.
Qerbxeber.com Teleqraf -a istinadən xəbər verir ki, bəyannamədə Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı məqamlar da yer alıb.
Bəyannamədə diqqətçəkən məqamları təqdim edirik:
– 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərində xalqın etimad səsini aldıqdan sonra hökumət referendum yolu ilə Ermənistan Respublikasının yeni Konstitusiyasının qəbulu prosesinə start verəcək.
– Bu, 1991-ci il Almatı Bəyannaməsinə əsaslanaraq, Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış 29,743 kvadratkilometr suveren ərazisinin və həmin ərazini əhatə edən sərhədlərin həm daxildə, həm də xaricdə toxunulmazlığı konsepsiyasına əsaslanacaq.
– Regionallaşma, eləcə də balanslaşdırılmış və şaxələndirilmiş xarici siyasətlə ziddiyyət təşkil etmədən Ermənistan Respublikasının Avropa İttifaqına daxil olmasına yönəlmiş səyləri gücləndirəcək.
– Bütün qonşularla sülh və mehriban qonşuluq bərqərar etmək üçün xalq tərəfindən formalaşdırılan mesajları həyata keçirməyə davam edəcək, qarşılıqlı ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan sülh və mehriban qonşuluğun davamlı olaraq institutsionallaşdırılmasına səy göstərəcək.
Bəyannamədə bütün bunların Ermənistanın dövlət maraqlarına, ölkənin müstəqilliyini və suverenliyinin möhkəmləndirilməsinə, Azərbaycanla Ermənistan arasında bərqərar olmuş sülhə əsaslandığı bildirilib.
Həmçinin Üçüncü Ermənistan Respublikasının tarixininin təhlil olunacağı da qeyd olunub.
Nikol Paşinyan bunların Ermənistanın gələcək strateji fəaliyyəti olduğunu vurğulayıb.
“Biz 4-cü Ermənistan Respublikasının yaradılmasını qarşıda duran strateji vəzifə kimi elan edirik”, – Baş nazir əlavə edib.




