Dünya

Ermənistanın baş naziri: “Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyilik”

2 iyun / 09:28 1 dəq
24fd3ec3 b84d 4a9b 8bbc 45bd996a688f
2 iyun / 09:28
Burada sizin reklamınız ola bilər

“Bu, heç vaxt ucadan deyilməyib, amma məncə, aydın görünür: biz Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyilik”.

“Qərb Xəbər” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan “CNN primanews” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Qərbdə Ermənistanın Rusiyanın müttəfiqi olduğunun fərqinə varırlar, bunu daha çox sezirlər, Rusiyada isə görürlər ki, Ermənistan Ukraynadakı müharibədə onların müttəfiqi deyil.

“Və belə çıxır ki, biz bu vəziyyətdə heç kimin müttəfiqi deyilik. Görünür, bütün bu toqquşmalardan yayınmağın bir yolu var, amma həqiqət budur ki, vəziyyət nə qədər çətinləşsə, ondan yayınma ehtimalı da bir o qədər az olar”, – Paşinyan vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər